“Crocus”da tüstüdən boğulan qadının xilas hekayəsi: O kişini axtarır
Bizi izləyin

MDB

“Crocus”da tüstüdən boğulan qadının xilas hekayəsi: O kişini axtarır

“Crocus City Hall”da törədilən terror aktı zamanı orada olan Yekaterina adlı qadın necə xilas olmasından danışıb.

Publika.az xəbər verir ki, Yekaterina bu barədə “İzvestiya”ya müsahibəsində danışıb.

Qadının sözlərinə görə, tüstü basmış pilləkəndə yıxılıb və boğularaq huşunu itirdiyini anlayıb.

“Boğulduğumu, şüurumun getdiyini başa düşdüm. Bir kişi yanıma gəldi. O an öləcəyimi düşündüm”, - qadın bildirib.

O, deyib ki, əlində şuşə qabda su olan bir kişi ona yaxınlaşıb, paltarını isladıb ağız və burnunu ona dirəyərək nəfəs almasını tövsiyə edib. Məhz onun sayəsində də xilas olub. Yekaterina əlavə edib ki, terror aktından sonra ona kömək edən şəxsi tapa bilməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm