MDB
Rusiyadan Makrona xəbərdarlıq: Onu xatırla, sənin taleyin daha faciəli ola bilər
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun nöqteyi-nəzərindən Rusiyanın təhlükəsizliyinə təhdidlərin cavabsız qalmayacağını qeyd edib.
Publika.az xəbər verir ki, Aleksandr Qruşko “Sputnik”-ə açıqlamasında Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı sözlərini dəyərləndirib.
“Ölkəmizin təhlükəsizliyinə heç bir təhdid cavabsız qalmayacaq. Bir vaxtlar ölkəmizə qoşun yeridənlərin sonunu xatırlayırıq, indi isə mümkün olan fəsadlar daha faciəvi olacaq”, - nazir deyib.
Qruşko Fransa liderinin Ukraynaya qoşun yeritmək ideyasının NATO, ABŞ və bir çox digər Avropa ölkələri tərəfindən dərhal rədd edildiyini xatırladıb:
"Xarici və ya daxili siyasi məqsədlərindən asılı olmayaraq, bu cür iddialar, xüsusilə Avropada onsuz da gərgin olan hərbi-siyasi vəziyyət kontekstində məsuliyyətli siyasətçilər üçün qəbuledilməzdir. Ukrayna böhranı öz coğrafiyasından kənara çıxa və bir problem olaraq tamamilə fərqli bir ölçü qazana bilər”.
Roza Şəfiyeva
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












