MDB
Zelenskinin şəxsi mühafizəçisi hakimiyyəti ələ keçirmək istəyib - Şok müraciət yayıldı
Ukrayna Dövlət Təhlükəsizliyi Departamentinin əməkdaşları idarənin rəisi vəzifəsini icra edən və Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi mühafizəçisi olan Maksim Donetsi hakimiyyəti ələ keçirməkdə ittiham ediblər.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Ukrayna liderinə müvafiq müraciət dərc edərək məlumat yayıb.
10 zabitin dediyinə görə, “əvvəlki lider vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun müavini olan Donets özü onun vəzifəsinin artırılması haqqında fərman verib, bu, qanunsuzdur və dövlət hüquq-mühafizə orqanında hakimiyyətin icazəsiz ələ keçirilməsindən bəhs edir”.
Zabitlər Donetsin işə müdaxilə etdiyini və yüksək vəzifəli şəxslərin təhlükəsizlik postuna silahsız daxil olmasını tələb etdiyini bildiriblər. O, həmçinin mövcud olan bütün partlayıcı maddələrin saxlanmaq üçün Təhlükəsizlik Xidmətinə göndərilməsini əmr edib. Zabitlərin sözlərinə görə, partlayıcılar hətta itləri öyrətmək üçün istifadə edən kinoloqlardan da götürülüb.
Zabitlər Zelenskidən Dövlət Təhlükəsizliyi Departamentinə qanuni rəhbər təyin etməyi və Donetsin əmrlərini ləğv etməyi xahiş edirlər. Onlar Zelenskidən başqa, Radanın spikeri Ruslan Stefançuka, baş prokuror Andrey Kostinə və bir sıra hüquq-mühafizə orqanlarının rəhbərlərinə də müraciət ediblər.
Bundan əvvəl, mayın 6-da Ukraynanın Dövlət Təhlükəsizliyi Departamentinin rəhbərinin saxlanıldığı bildirilirdi. Qeyd edildiyi kimi, o, mayın 5-də prezident də daxil olmaqla qorunan şəxslərlə bağlı məxfi məlumatları xarici kəşfiyyat orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.
Akqabay
-
Sosial12:15
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
-
Sağlamlıq11:10
Sağalmaq üçün qəbul edirik, amma zəhərləyir: Spirtli, enerji içkiləri ilə...
-
İqtisadi gündəm10:20
Azərbaycanda vergi güzəştləri gözlənilir: 2025-ci ilin yanvarın 1-dən etibarən...
-
Nəqliyyat09:38
Bakıda aşan yük maşınına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
-
Yaxın Şərq09:33
Zeynəb də öldürüldü: Qardaşı şəhid olanda demişdi ki...
-
Hadisə08:50
Faciəvi şəkildə ölən Arzunun FOTOLARI
-
Sağlamlıq07:35
Ömrü uzadan qidalar - SİYAHI
-
İKT06:46
"Android" cihazları fişinq xarakterli mesajlardan necə qorumaq olar? - VİDEO