MDB
Benzinlə bağlı vacib qərar: 2026-cı ilin əvvəlində...
Rusiyadan benzin ixracına qoyulan qadağa 2026-cı ilin fevral ayının sonuna qədər uzadılacaq.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti müzakirələrlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Məhdudiyyətlərin saxlanılması məsələsi Baş nazirin müavini Aleksandr Novakın sədrliyi ilə neft məhsulları bazarındakı vəziyyət üzrə qərargahın iclasında müzakirə olunub.
Yanacaq ixracı 2025-ci ilin sonuna qədər qadağan edilmişdi. Bu tədbir bütün bazar iştirakçılarına şamil edilir. Mənbələrə görə, dizel yanacağı ixracına qoyulan qadağanın 2026-cı ilin əvvəlində qaldırılması planlaşdırılır.
Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib ki, hökumət bazar vəziyyətini nəzərə alaraq qeyri-istehsalçılar və benzin ixracına qoyulan qadağaların aradan qaldırılmasını nəzərdən keçirəcək. Nazirin sözlərinə görə, ölkədə vəziyyət sabitdir - yanacaq bazarı kifayət qədər təchiz olunub və yazda istehlakçı tələbatının artmasına hazırlıq məqsədilə ehtiyat toplamaq iqtidarındadır.
Neft məhsullarının ixracının bərpası neft şirkətlərinə gəlirlərini artırmağa imkan verəcək. Xarici ixrac daxili yanacaq satışından daha sərfəlidir və itirilmiş mənfəət federal büdcə üçün neft və qaz gəlirlərinin azalmasına səbəb olur.
Tural
-
Sosial23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO























.jpg)













