Kreml Kadırovun “qan davası”na belə cavab verdi
Bizi izləyin

MDB

Kreml Kadırovun “qan davası”na belə cavab verdi

Terrorla mübarizə sərt olmalıdır, buna heç bir şübhə yoxdur.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlər Peskovdan Çeçenistan liderinin sözlərinə münasibət bildirməsini istəyiblər. O cavab verib ki, video birbaşa və ya dolayısı ilə terror fəaliyyətində iştirak edənlər haqqındadır.

"Heç kim şübhə etmir ki, terrorizmlə mübarizə barışmaz və mümkün qədər sərt olmalıdır", - Kreml rəsmisi vurğulayıb.

Xatırladaq ki, iyunun 23-də Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsi, sinaqoq və Yol Patrul Xidmətinin postuna silahlı basqınlar edilib. Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 21 nəfərə çatıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov regionun təhlükəsizlik qüvvələrini terrorizm və dini ekstremizmin qarşısının alınması üçün səyləri gücləndirməyə, həmçinin terrorçu qohumlarına qarşı xüsusi diqqətli olmağa çağırıb.

Bundan əlavə, Çeçenistan rəhbəri bəyan edib ki, əgər terrorda şübhə varsa, “ailə cəzalandırılmalıdır”. Onun fikrincə, insan bu vəziyyətdə “qan davası” olacağını başa düşməlidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm