MDB
Dağıstan yenə HƏDƏFDƏ: terror hazırlayan 3 nəfər həbs edildi
![](https://publika.az/storage/2017/01/11/derbend.jpg?v1720364495)
Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Respublika Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamaeva məlumat verib.
O, bildirib ki, məhkəmə onların iki ay müddətinə həbs edilməsinə qərar verib.
"1980, 1990 və 1995-ci il təvəllüdlü kişilər həbs edilib. Onlar Dağıstan ərazisində partlayış və digər terror aksiyaları həyata keçirmək üçün mütəşəkkil dəstə yaratmaqda ittiham olunurlar.
Mahaçqalanın Sovetski Rayon Məhkəməsi istintaq orqanlarının vəsatətlərinə baxaraq, Maqomed Maqomedov, Xalid Maqomedov və Zaur Maqomedovu iki ay müddətinə həbs etmək qərarına gəlib", - mətbuat xidmətinin rəhbəri bildirib.
İstintaq müəyyən edib ki, həbs edilənlər silah alıb Serqokala və Mahaçqala kəndlərindəki evlərində saxlayıblar. Həmçinin onlar terror aktında istifadə etməyi planlaşdırdıqları əldəqayırma partlayıcı qurğu hazırlayıblar.
Hüseyn İbadlı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman18:36
"Qarabağ"ın U-16 komandasından MÖHTƏŞƏM QƏLƏBƏ
-
Region18:24
Türkiyədə güclü zəlzələ oldu
-
Region17:50
İran hərbi gəmisi qəzaya uğradı: 2 nəfər öldü
-
Elm və təhsil17:07
Azərbaycanda müəllim vəfat etdi - FOTO
-
Region15:58
Pezeşkiyan türk kimliyini gizlətməyən biridir - Ərdoğan
-
Sosial15:34
Nazir Bakıda qətlə yetirilən polisin dəfn mərasimində - FOTO
-
Ekologiya13:13
Sabah açıq havada uzun müddət qalmayın! - XƏBƏRDARLIQ
-
Magazin112:50
Aygün Kazımovanın toyda çətin anları - VİDEO