MDB
Ukrayna Rusiya ilə danışıqlarda moderator seçdi: Bu ölkə mesaj daşıyan poçtalyon olmamalıdır
Ukrayna Hindistanın Rusiya ilə danışıqlarda moderator olmasını və Moskvanı sülh danışıqlarına qoşulmağa inandırmasını istəyir.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı hərbçi və diplomat Aleksandr Polişçuk “Bloomberg”ə bildirib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti artıq Yeni Dehliyə danışıqların bu ilin noyabrına qədər keçirilməsini təklif edib, lakin Hindistan hələ buna cavab verməyib.
Baş nazir Narendra Modi uzun müddətdir ki, iki tərəf arasında barışığın tərəfdarı olduğunu bəyan edir. Bundan əlavə, 2024-cü ilin avqustunda o, Kiyevə səfər edib. Lakin hökumət hələlik Ukraynanın təklifinə dəqiq cavab verməyib.
“Bizim üçün bu proses iş görürmüş görüntüsü yaratmaq məsələsi deyil. Bu gün baş verən münaqişənin reallığı bizim üçün vacibdir”, - deyə Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib.
Aleksandr Polişçuk isə hesab edir ki, Yeni Dehli daha aktiv rol oynamalı və Rusiya ilə Ukrayna arasında mesaj daşıyan poçtalyon statusu almamalıdır.
Vazeh BƏHRAMOĞLU
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?