MDB
Moskva qovrula bilər: Elə istilər gəlir ki...
Sentyabr ayı üçün atipik olan və indi Moskvada müşahidə olunan istilər rekord səviyyəyə yaxınlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets öz "Telegram" kanalında bildirib.
Bildirilir ki, sentyabrın 12-nə keçən gecə termometr üstəgəl 16,6 dərəcədə qalıb. Sinoptikin sözlərinə görə, 1948-ci ildən paytaxtda belə isti gecə olmamışdı.
"Sentyabrda belə göstəricilər subtropik Soçinin gecə normasına uyğundur", - deyə Tişkovets qeyd edib.
Moskva 115 illik hava rekorduna yaxınlaşmaq təhlükəsi ilə üz-üzədir. Meteoroloqun sözlərinə görə, cümə günü bölgədə havanın üstəgəl 25-30 dərəcə isti olacağı gözlənilir. Proqnoz özünü doğrultsa, Moskva 1909-cu ildəki 27,4 dərəcə isti rekordunu təkrarlayacaq. Tişkovets vəd edir ki, yay istisi paytaxtda ən azı daha 10 gün davam edəcək.
Meteo Proqnozlaşdırma Mərkəzinin sinoptiki Aleksandr İlyin Moskvada gözlənilən istilik rekordlarına şübhə ilə yanaşır: “1909-cu ildə sentyabrın 10-da temperatur 29,5 dərəcəyə yüksəldi. Ümumiyyətlə, 20-ci əsrin əvvəllərində sentyabr ayı Moskvada və regionda kifayət qədər isti olub”. Onun sözlərinə görə, bu həftə Moskva vilayətində havanın temperaturu +22-27 dərəcə isti olacaq.
Adəm Abbaslı
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































