Kriminal
“Qəzadan əvvəl ayı ödü yemişdim, ola bilsin, spirtli olub...”
Bu ilin 11 aprel tarixində Masallıda baş vermiş ağır yol qəzasına görə açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Hişkədərə kənd sakini 1985-ci il təvəllüdlü T.Dadaşov Cinayət Məcəlləsinin 263-1.3-cü (Sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi ilə təqsirli bilinib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə T.Dadaşov sürücülük vəsiqəsini Rusiyada aldığını, ancaq Azərbaycanda təsdiqlətdirmədiyini bildirib.
O, piyada Şirəli Əliyevin öldüyü hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, lakin həmin gün ayı ödü yediyini deyib: “Uşağın istədiyi çipsi bizə yaxın mağazada olmadığı üçün “VAZ 2109” markalı maşınla başqasına getdik. Avtomobildə qızımdan başqa heç kim yox idi. Sərxoş olub-olmadığımı həkim yoxlayıb. Qəzanın baş verdiyi gün ayı ödü yemişdim. Ödün tərkibində, ola bilsin ki, spirt olub, ancaq məni sərxoş edəcək dərəcədə ola bilməzdi. Rusiyadan Azərbaycana bir il olar, gəlmişəm. Mərhum Şirəlini uşaqlıqdan tanıyırdım, onunla münasibətim yaxşı olub. Hadisə günü, yəni aprelin 11-i spirtli içki qəbul etməmişdim. Ayı ödü rəhmətlik atamdan qalmışdı”.
Mərhum Ş.Əliyevin həyat yoldaşı məhkəmədə T.Dadaşova qarşı 100 min manatlıq mülki iddia qaldırıb.
Məhkəmə təqsirləndirilən sürücüyə 5 il 6 ay həbs cəzası verib. Onun sürüclük hüququ da əlavə olaraq 4 il 6 ay müddətə məhdudlaşdırılıb.
Bundan başqa, mülki iddia qismən təmin edilib. Dəfndə çəkilmiş xərclər daxil olmaqla, vurduğu maddi ziyana görə 6000, mənəvi ziyana görə 3000 manat məbləğin T.Dadaşovdan tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.
Qeyd edək ki, ayı ödü bir çox şəxslər tərəfindən tibbi məqsədlərlə qida əlavəsi kimi qəbul edilir.
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi
-
Nida Xəbər 11:30Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi”
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
















.jpg)



.jpg)

















.jpg)
