MDB
Rusiyada miqrantlara qarşı reyd keçirildi: Çağırış vərəqələri verildi
Yekaterinburq Koltsovo hava limanında hərbi müstəntiqlər bir müddət əvvəl Rusiya vətəndaşlığını qəbul etmiş miqrantlara qarşı reyd keçirib.
Publika.az xəbər verir ki, bu barədə məlumat Rusiya mətbuatında yer alıb.
Bildirilir ki, hərbi qeydiyyatdan keçməyənlərə isə çağırış vərəqəsi verilib. Reyd zamanı 60-dan çox şəxs yoxlanılıb. Məlum olub ki, 7 nəfər qanuni tələbə məhəl qoymayıb - onları sənədləri doldurmaq üçün hərbi komissarlığa aparıblar. Təhlükəsizlik rəsmiləri hava limanında oxşar reydlərin davam edəcəyini bildiriblər.
Sverdlovsk vilayətində insan haqları üzrə müvəkkili Tatyana Merzlyakova rus köklü miqrantların xüsusi müdafiəsinə çağırıb. O, bəzi xarici vətəndaşların çoxdan Rusiyaya köçdüyünü və onun mədəniyyətinə hörmət etdiyini diqqətə çatdırıb. Merzlyakova əlavə edib ki, bəzi miqrantlar təlimatlara əməl etməyi və iş patentlərini vaxtında yeniləməyi unudurlar.
“Hər kəsdən xahiş edərdim ki, bizim fikrimizi, İnsan Hüquqları Şurasının rəyini nəzərə alsınlar ki, Rusiya kökləri olan insanlar xüsusilə müdafiə olunmalıdırlar”, - o deyib.
Merzlyakova aydınlıq gətirib ki, o, Pervouralsk sakini Eduard Suxanovu nəzərdə tutur. Kişinin dörd övladı var, o, Qazaxıstan vətəndaşıdır, lakin 13 yaşından Rusiya pasportu olmadan Sverdlovsk vilayətində yaşayıb. Sverdlovsk vilayət məhkəməsi onun Rusiyadan çıxarılması barədə qərarı təsdiqləyib.
Qeyd edək ki, Rusiyada hərbi xidmətə qeydiyyatdan imtina, vətəndaşlıqdan məhrum edilməklə nəticələnəcək.
Adəm Abbaslı
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...













.jpg)




.jpg)








.jpg)









