MDB
Rusiyada böyük terrorun qarşısı alındı: Ukrayna görün nə hazırlayırmış
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Yaroslavl vilayətindəki müdafiə sənayesi müəssisələrindən birində işçiləri zəhərləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə etməklə planlaşdırdığı terror aktının qarşısını alıb”.
Publika.az xəbər veri ki, bu barədə FTX-nin bəyanatında deyilir.
“Görülmüş tədbirlər nəticəsində Ukrayna xüsusi xidmət orqanları tərəfindən təchiz edilmiş anbardan tənəffüs yollarını yandıraraq, ölümlə nəticələnə biləcək təhlükəli kimyəvi maddələr olan iki konteyner götürmüş və bununla işçiləri zəhərləməyə çalışan Rusiya vətəndaşı saxlanılıb”, - deyə FTX-nin bəyanatında qeyd olunur.
Kəşfiyyat xidmətinin məlumatına görə, terrorçunun fəaliyyəti Ukrayna ərazisindən xarici internet messencerləri vasitəsilə əlaqələndirilib və bu, ondan götürülən rabitə avadanlığındakı informasiyalarla təsdiqlənir.
Qeyd edək ki, bu, Ukrayna xüsusi xidmət orqanlarının zəhərli maddələrdən istifadə etməklə planlaşdırdığı ilk terror aktı cəhdi deyil. 2023-cü ildə FTX Rusiya hərbçilərinin kütləvi qətlini təşkil etməyə cəhd edən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agentinin saxlanması barədə məlumat verib. Armavirdə (Krasnodar diyarı) Kutaxov adına Hava Hücumundan Müdafiə Pilotları Ali Hərbi Aviasiya Məktəbinin buraxılışının ildönümü münasibətilə keçirilən bayram tədbirində içkilərə və qənnadı məmulatlarına zəhərli maddələrin əlavə edilməsi planlaşdırılırdı. 2024-cü ildə FTX Ukrayna hərbi kəşfiyyatı tərəfindən cəlb edilmiş və Sankt-Peterburqdan xüsusi hərbi əməliyyat zonasında yerləşən Rusiya hərbçilərinə humanitar yardıma yüksək zəhərli kimyəvi maddə əlavə etmək niyyətində olan dörd Rusiya vətəndaşını saxlayıb. Saxlanılanlar terror aktlarının hazırlanmasında iştirakda ittiham olunurlar.
Adəm Abbaslı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































