MDB
Ukrayna ordusu bir neçə istiqamətdə irəlilədi
Ukrayna Müdafiə Qüvvələri cəbhənin Kupyansk və Pokrovsk istiqamətlərində irəliləyişə nail olublar.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilib.
Analitiklər bu qənaətə son günlər yayılan geolokasiya kadrlarını təhlil edərək gəliblər.
Hesabata əsasən, yanvarın 15-də dərc olunan görüntülər Ukrayna qoşunlarının Xarkov vilayətinin Kupyansk şəhərindən şimalda irəlilədiyini təsdiqləyir. Eyni zamanda, yanvarın 16-sı və 17-də Rusiya ordusunun Kupyanskın özünə, eləcə də Dvorıçna, Krasnoye Pervoye, Petropavlovka, Podol, Kuçerovka, Pesçannoye və Kurilovka istiqamətlərinə hücum etdiyi qeyd olunub.
ISW yanvarın 17-nə aid kadrlara istinadən bildirir ki, Ukrayna qüvvələri Donetsk vilayətində Pokrovskdan şərqdə yerləşən Svetloye yaşayış məntəqəsinin şimal-qərbində də irəliləyiş əldə ediblər.
Rusiya tərəfi isə Pokrovsk ətrafında, həmçinin Qrişino, Rodinskoye, Belitskoye, Suxetskoye, Mirnoqrad, Rovnoye, Kotlino, Udaçnoye və Molodetskoye yaxınlığında hücum əməliyyatlarını davam etdirib.
Bundan əlavə, Ukrayna hərbçilərinin Dobropolye taktiki rayonunda – Dorojnoyedən cənub-qərbdə mövqelərini möhkəmləndirdiyi və ya irəlilədiyi bildirilir.
Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qruplaşması Rusiyanın Donetsk vilayətinin Privolye qəsəbəsini ələ keçirməsi barədə iddialarını təkzib edib. Hərbçilər bu yaşayış məntəqəsinin Ukraynanın nəzarətində olduğunu bildiriblər. Slavyansk istiqamətində isə Zakitnoye qəsəbəsi uğrunda müdafiə döyüşlərinin davam etdiyi vurğulanıb.
Cənub istiqamətində isə vəziyyət gərgin olaraq qalır. Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin bildirib ki, Rusiya itkilər səbəbindən Xerson istiqamətindən Qulyaypole və Orexov bölgələrinə desant qüvvələri köçürür.
"DeepState" analitik layihəsinin məlumatına görə isə Ukrayna Müdafiə Qüvvələri Qulyaypoledə geri çəkilmək məcburiyyətində qalıb. Hazırda şəhərin qərb hissəsində döyüşlər gedir və bölgədə sabit təmas xətti mövcud deyil.
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman24 İyul 16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 24 İyul 14:38Baş nazir qərar imzaladı






.jpg)








.jpg)























