MDB
Əmək qabiliyyətli əhalinin sayı azalır: Hökumət hərəkətə keçməsə...
Əmək qabiliyyətli əhalinin sayının azalması ilə əlaqədar Rusiyada vergi yükü və əmək bazarında gərginlik artacaq.
Publika.az “Moskva 24” telekanalına istinadən xəbər verir ki, bu haqda kadrlar üzrə ekspert və kadr seçimi və inkişafı agentliyinin rəhbəri Harri Muradyan danışıb.
“İşləyən vətəndaşlar ölkə büdcəsinə fərdi gəlir vergisi ödəyir və bu adamlar azalanda onların sayəsində daxil olan vəsaiti haradansa təmin etmək lazım gələcək”, - deyə ekspert bildirib.
O vurğulayıb ki, bu səbəbdən bir çox işəgötürən əmək haqqının bir hissəsini rəsmi, digər hissəsini isə “zərflərdə” ödəməklə “boz” işlə məşğul olmağa başlayıb.
Muradyan onu da əlavə edib ki, kadr çatışmazlığı ilə bağlı vəziyyət yarandıqda müəssisələr işçiləri cəlb etmək üçün maaşları qaldırmalı olurlar. İşçilər tapıldıqdan sonra şirkətlər işçilərinə maaş verə bilmək üçün məhsullarının qiymətini qaldırmalıdırlar.
Eyni zamanda, həmsöhbət əlavə edib ki, əgər bu il əmək qabiliyyətli əhalinin sayı azalarsa, gələn il ölkənin “demoqrafik səviyyəyəsi aşağı enəcək”.
Adəm
-
Avropa00:15Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Magazin100:00Sabah Rəvan Qarayevin toyudur
-
Magazin128 May 21:48"Yalandan deyir ki, sənin adındır"
-
MDB28 May 21:36Lukaşenko süni intellektlə bağlı çağırış etdi - “Çin lideri dedi ki...”
-
Magazin128 May 20:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya28 May 19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial28 May 19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya28 May 18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi





































