MDB
Putin gecə saatlarında Kremlə gəldi - Nə baş verir?
Rusiya Prezidenti Vladimir Putin gecə saatlarında Kremldə görünüb.
Publika.az xəbər verir ki, bu barədə “Вы слушали Маяк” adlı "Telegram" kanalı məlumat yayıb.
Paylaşılan videoda dövlət başçısının korteji Kremldəki istiqamətə doğru hərəkət edir. Kanalın məlumatına görə, Putin gecə yarısına təxminən bir saat yarım qalmış Kremldə olub.
Aprel ayının sonunda yayımlanan “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmində Putin etiraf edib ki, son üç ildə demək olar hər gün Kremldə gecələyir, burada yerləşən işgüzar iqamətgahında qalır. O, həmçinin filmdə Kremldəki yataq otaqlarını və yerli kitabxananı göstərib.
Putin həmin filmində onu da bildirib ki, öz varisi barədə daim düşündüyünü, amma nəticə etibarilə prezidentin kim olacağına xalqın qərar verəcəyini qeyd edib. O vurğulayıb ki, bu vəzifəyə xalqın etimadını qazanmayan bir şəxs gəlməməlidir — bu, onun üçün prinsipial məsələdir.
Hüseyn İbadlı
-
ABŞ15:37Dünya bu xəbərdən danışır, qubernator hər şeyi açıqladı: ABŞ gələn həftə...
-
Maraq dünyası14:45Ayda şəhər tikilir, köçmə tarixi də bəllidir – Çox az qaldı
-
Region13:47Ermənistanın ordusunun gerbi gizli şəkildə dəyişdirilib – FOTO
-
Hadisə12:10Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - Təfərrüat
-
ABŞ11:15Tramp İrana görə mətbuatı ittiham etdi: Tehranı tərk etsələr də...
-
MDB09:45Ukraynanın yeni dronları rusları qorxuya saldı: Səssiz-səmirsiz peyda olurlar
-
Sosial09:10Azərbaycanda bayram namazı qılındı
-
Kriminal07:47Qaranlıq “eşq üçbucağı” - Ər qətlə yetirildi





































