MDB
Putindən KRİTİK QƏRAR: "Rusiya bu məqsədlərindən geri çəkilməyəcək"
"İyulun 3-də Rusiya və ABŞ liderləri arasında telefon danışığı zamanı Ukrayna məsələsi müzakirə olunub".
Publika.az xəbər verir ki, bunu Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti yenidən hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib. Vladimir Putin də öz növbəsində amerikalı həmkarını əmin edib ki, Rusiya “münaqişənin siyasi, danışıqlar yolu ilə həllini axtarmaqda” davam edir.
O, həmçinin İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının ikinci raundu zamanı əldə olunmuş humanitar razılaşmaların icrası barədə Trampı məlumatlandırıb və danışıqlar prosesini davam etdirməyə hazır olduğunu qeyd edib.
Uşakovun sözlərinə görə, Putin Amerika liderinə bildirib ki, Rusiya öz məqsədlərinə nail olacaq və kəskin qarşıdurmaya səbəb olan məlum kök səbəbləri aradan qaldıracaq.
“Rusiya bu məqsədlərindən geri çəkilməyəcək”, o, prezidentin sözlərindən sitat gətirib.
Jurnalistlərin aydınlaşdırıcı sualını cavablandıran Uşakov deyib ki, Putinlə Trampın telefon danışığında Ukraynaya silah tədarükünün dayandırılması mövzusu müzakirə olunmayıb.
Hüseyn İbadlı
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 14 İyun 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 14 İyun 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm14 İyun 16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin214 İyun 16:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region14 İyun 13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü



















.webp)


















