MDB
Yalnız bu halda Ukrayna ilə sülh olacaq: Görün Rusiya hansı tələbləri irəli sürdü
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə gələcək sülh sazişində hansı məqamların yer almasının vacib olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Lavrov bu barədə Macarıstanın “Magyar Nemzet” qəzetinə verdiyi uzun müsahibədə deyib.
"Gündəliyə Ukraynanın demilitarizasiyası və denazifikasiyası məsələləri daxildir", - Lavrov bildirib.
Bundan əlavə, o, anti-Rusiya sanksiyalarının ləğvi, Rusiyaya qarşı qaldırılan iddiaların geri götürülməsi, Rusiyanın Qərbdə qeyri-qanuni olaraq ələ keçirilən aktivlərinin geri qaytarılması kimi tələbləri sadalayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bu, hüquqi qüvvəyə malik saziş olmalıdır.
Lavrov bir daha qeyd edib ki, Rusiya münaqişədə Ukraynanın öz qüvvələrini yenidən toplamaq üçün istifadə edəcəyi fasiləyə razı olmayacaq, lakin münaqişənin əsas səbəblərini aradan qaldırmaqla davamlı sülhün əldə olunmasında israrlıdır.
Bundan əlavə, Lavrov Ukraynanın rusdilli insanların hüquqlarına hörmət etməli olduğunu da xatırladıb.
Və nəhayət, Lavrov Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin Rusiya tərkibinə daxil edilməsinin beynəlxalq hüquqi tanınmasının zəruriliyini qeyd edib.
Tural
-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI






.jpg)








.jpg)
.jpg)

.jpg)

.jpg)


















