MDB
“Krokus”a hücum edənlərin başqa bir planı da olub: “Moskva”nı partlatmaq
Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktı törədən dəstənin başqa üzvləri daha bir terror aktı törətməyə cəhd ediblər.
Publika.az xəbər verir ki, dəstə üzvləri Dağıstanın Kaspiysk şəhərindəki “Moskva” əyləncə mərkəzini partlatmağı planlaşdırıblar. Bu barədə TASS-ın araşdırdığı cinayət işinin materiallarında deyilir.
“01.02.2024-cü ildən 31.03.2024-cü il tarixədək “Vilayət Xorasan” terror təşkilatının təşkilatçıları sözügedən terror aktına hazırlıq zamanı partlayış törətmək üçün kustar üsulla hazırlanmış partlayıcı qurğu düzəldiblər, lakin hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındığı üçün qrup üzvlərindən asılı olmayan şəraitə görə cinayət tamamlanmamışdır”, - məlumatda deyilir.
Bundan əvvəl iş materiallarından məlum olub ki, Soliyev, İsmayılov və Qadoyev “Krokus Siti Holla” hücumu törədənlər üçün Dağıstandan Moskvaya odlu silah gətirib və onlardan birinə təhvil veriblər.
“Krokus”da terror aktı 2024-cü il martın 22-də törədilib. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər həlak olub.
Tural
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
-
Magazin118 Aprel 20:36"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım"
-
Avropa18 Aprel 20:24Zelenski Kiyevdə ölənlərin sayını açıqladı



































