MDB
Məşhur italiyalı professor Moskvada müəmmalı şəkildə öldü
"Alfaschool" onlayn məktəbinin yaradıcısı italyan professor Alfonso Torello Moskvanın Lefortovo rayonunda ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "MK.ru" nəşrinin məlumatına görə, 53 yaşlı italiyalının meyidi gecə yarısı 2-ci Siniçkina küçəsindəki binanın həyətində tapılıb: "Hazırda meyidin tapıldığı ərazidə çoxlu qan izləri var".
Müəmmalı ölüm sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb oub. KİV yazır ki, Torello ailəsi ilə birlikdə Lefortovoda yaşayırmış. Yaxınlarının dediyinə görə, onun bir qızı var. Ölümlə bağlı ilkin səbəblər kimi intihar və ya bədbəxt hadisə versiyaları irəli sürülür.
Torello özünü professor, "Universita Popolare di Torino" da daxil olmaqla bir neçə universitetin məzunu kimi təqdim edirdi. O, bir neçə il Moskvada işləyib və özünəməxsus metodologiyası ilə öz məktəbinin əsasını qoymuşdur. Torello Rusiyanın Ukraynada başlatdığı müharibəni fəal şəkildə dəstəkləyirdi.
Tural
-
İdman03:13Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
-
Sosial02:23Azərbaycanın keçmiş səfiri vəfat etdi
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı


















.jpg)















