MDB
Krıma gecə hücumu: Nəhəng neft bazası vuruldu, güclü yanğın var - VİDEO
Oktyabrın 17-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri müvəqqəti işğal olunmuş Krıma hücum edib.
Publika.az xəbər verir ki, Simferopol rayonunun Qvardeyskoye kəndində yarımadanın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinin neft bazasında güclü yanğın baş verib. Sursat anbarının vurulması ehtimalı barədə də məlumatlar var. Bu barədə “Krımskiy veter” Telegram kanalı video yayıb.
“Qvardeyskoye hücumu ilə bağlı ilk xəbərlər səhər saat 2:40 radələrində gəlməyə başladı. Şahidlər partlayışların, ardınca isə yerli neft anbarının yaxınlığında güclü yanğının baş verdiyini bildirdilər. İlkin məlumata görə, hücuma məruz qalan neft anbarı Krımın ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsi olan ATAN-ın sahibi olan “Kedr” MMC-yə məxsusdur. Belə bir obyektə uğurlu hücum işğal olunmuş yarımadada yanacaq təchizatı ilə bağlı ciddi problemlərə səbəb ola bilər”, - məlumatda deyilir.
Neft anbarından başqa, yaxınlıqda yerləşən silah-sursat anbarının da vurula biləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar var.
Səhər saat 6:20 radələrində Simferopol şəhərində və Simferopol bölgəsində bir sıra güclü partlayış səsləri eşidilib.
Tural
-
İdman01:11DÇ-2026-nın açılış oyununda CAR məğlub oldu - YENİLƏNDİ
-
Sosial00:30Bakının 3 rayonunda qaz kəsiləcək
-
Qoroskop00:15Günün ULDUZ FALI - O sizi doğru yerə aparacaq
-
Magazin111 İyun 23:48Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
Avto11 İyun 23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ11 İyun 22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin111 İyun 22:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq11 İyun 21:48İran Hörmüz boğazını bağlayır













.jpg)
.jpg)

















