MDB
Rusiya bir həftədə Ukraynaya 1500-ə yaxın dron atdı
Rusiya demək olar ki, hər gecə Ukraynaya müxtəlif növ silahlarla zərbələr endirir. Cəmi bir həftə ərzində yaşayış binalarını və enerji infrastrukturunu hədəf alan mindən çox kamikadze dron, yüzlərlə hava bombası və onlarla raket qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib.
"Dünən gecədən etibarən Dnepr, Zaporojya, Xarkov, Çerniqov və Odessaya zərbələr endirilir. Təəssüf ki, həlak olanlar və yaralananlar var. Bu hücumlarda həlak olanların hamısına yaxınlarına başsağlığı verirəm",- deyə Zelenski əlavə edib.
Prezident qeyd edib ki, Rusiya təkcə bu həftə Ukraynada insanlara zərbələr endirmək üçün 1500-ə yaxın dron, 1170 idarə olunan hava bombası və 70-dən çox müxtəlif tipli raketdən istifadə edib. Yaşayış binalarına və mülki infrastruktura zərbələr, enerji sektorunda çoxsaylı terror aktları qeydə alınıb.
Zelenski vurğulayıb ki, Moskva ilk növbədə xalqımıza zərər vermək istəyir: "Buna görə də biz qışda enerji sektorumuza etibarlı dəstəyi təmin etmək üçün fəal işləyirik. Artıq tərəfdaşlarımızla konkret razılaşmalarımız var. ABŞ, Norveç, Almaniya, Niderland, Kanada, Böyük Britaniya, İtaliya, Yaponiya, Litva, Danimarka, İsveç, Estoniya, İspaniya və Avropa Komissiyası artıq enerji dəstəyi fonduna verdiyi töhfələrlə bizi dəstəkləyir”.
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...




































