MDB
54 ildir tərbiyəçidir, bağçada uşaqları döydü - QALMAQAL
Rusiyada tərbiyəçinin anormal davranışları, azyaşlılara fiziki təzyiqlər göstərməsi ilə bağlı qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, Usolye-Sibirskoyedən olan bir tərbiyəçi bağça uşaqlarına qarşı fiziki güc tətbiq etməkdə ittiham olunub. İnsidentdən ilk olaraq şəhərin yerli nəşri olan "Feniks" xəbər tutub.
"32 nömrəli uşaq bağçasında balacaların valideynləri 54 illik təcrübəsi olan tərbiyəçinin tətbiq etdiyi metodlardan şikayətləniblər. Sonuncu valideyn-müəllim iclasında isə qadın yetkinlik yaşına çatmayanlara-uşaqlara qarşı zorakılığı etiraf edərək onlardan üzr istəyib", - nəşr yazıb.
"Mən günahkaram, məni heç cür bağışlamaq olmaz! Uşaqlara toxunmağa haqqım yox idi, bunu bilirəm. Amma bütün bunların necə baş verdiyini özüm də bilmirəm... Həmin gün tək işləyirdim, başqa bir dayə yox idi və buna görə də hər şey nəzarətdən çıxdı", - deyə tərbiyəçi yaranmış arzuolunmaz situasiyanı izah edib.
Qeyd edilir ki, onun əməlləri bu yaxınlarda məlum olub. Sən demə qadın uşaqların başlarını bururmuş, onların qollarından və paltarlarından kobudcasına yapışaraq fiziki təzyiqlər göstərib. Bundan başqa, qadın balacaların altından stulları çıxarırmış, onları divana yerə atırmış. Məhz bu səbəbdən uşaqlarda qançırlar və sıyrıntılar yaranıb. Qadının əməlləri uşaqlardan birinin anasının balacanın boynunda qançırlar görməsindən sonra sübut olunub. O, məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyindən təhlükəsizlik kamerasına düşən görüntüləri tələb edib. Bundan sonra fiziki təzyiq faktı təsdiqlənib.
Tural
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...




































