MDB
Volqoqradda dəhşətli gecə: Ukrayna dronları rusları qorxuya saldı
Rusiyanın Volqoqrad şəhərində pilotsuz uçuş aparatlarının kütləvi hücumu nəticəsində bir nəfər həlak olub, çoxsaylı yaşayış binaları zərər görüb.
Publika.az xəbər verir ki, hücum 6 noyabr gecəsi baş verib. Rəsmilərin məlumatına görə, 48 yaşlı kişi həyatını itirib.
Bölgə rəhbəri Andrey Boçarov hadisəni təsdiqləyib və həlak olan şəxsin ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, Qarya Xoxolov küçəsində yerləşən 24 mərtəbəli “biznes-klas” yaşayış binasına dron zərbəsi endirilib. Nəticədə binanın eyvan və fasad hissələri dağılıb, pəncərələr qırılıb, ən azı beş mənzilə ciddi zərər dəyib.
PUA qalıqları şəhərin bir neçə rayonuna düşüb. Volqoqradın Krasnoarmeyski rayonundakı sənaye zonasında qalıqların düşməsi yanğına səbəb olub. Fövqəladə hallar xidməti alovu qısa zamanda söndürüb.
Rəsmilər sakinlərin təhlükəsizliyini təmin etmək üçün 10 saylı liseydə müvəqqəti sığınacaq təşkil edib.
“Telegram” kanallarının məlumatına görə, hücum bir neçə saat davam edib. Səma üzərində 30-dan çox partlayış qeydə alınıb. Hava hücumundan müdafiə sistemləri 13-dən çox dronu vurub.
Hazırda hadisə ilə bağlı istintaq aparılır, zərərin miqyası müəyyənləşdirilir. Rəsmilər Volqoqradda vəziyyətin nəzarət altında olduğunu bildiriblər.
Akqabay
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM





































