MDB
Rusiyada güclü partlayışlar baş verdi
Voronejdə baş verən partlayışlar şəhərin bir rayonunda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bölgəyə hava hücumundan müdafiə sistemi yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə qubernator Aleksandr Qusev "Telegram" kanalında paylaşım edib.
O bildirib ki, raket təhlükəsi aradan qaldırılıb, lakin PUA (pilotsuz uçuş aparatı) təhlükəsi hələ də davam edir.
Yerlı sakinlərin "Shot" nəşrinə verdiyi məlumata görə, təxminən saat 04:30 radələrində şəhərin kənarlarında azı 5–6 güclü partlayış səsləri eşidilib. Şahidlər həmçinin səmada parlaq işıq saçmaları gördüklərini bildiriblər.
Hazırda hücumun nəticələri barədə rəsmi məlumat yoxdur. Qubernator sakinlərə evlərindən çıxmamağı, pəncərəsiz otaqlarda sığınmağı, küçədə olanlara isə ən yaxın binaya və ya sığınacağa girməyi tövsiyə edib.
Hüseyn İbadlı
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM





































