MDB
Zelenski Trampın sülh planını rədd etdi
Vladimir Zelenski Donald Tramp administrasiyası tərəfindən təklif olunan münaqişənin həlli üçün yeni sülh planını qəti şəkildə rədd edib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Bildirilir ki, Ukrayna tərəfi Vaşinqtonun təkliflərini Kremlin maksimalist tələblərinə tam uyğun hesab edib.
28 bənddən ibarət plan Kiyevin nəzarəti altında olan ərazilər də daxil olmaqla, bütün Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını, həmçinin Krımın və Donbasın Rusiya ərazisi kimi tanınmasını, Zaporejya və Xerson vilayətlərində cəbhə xətti boyunca praktiki olaraq dayandırılmasını nəzərdə tutur.
Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin 50% ixtisar edilməsi, xarici qoşunların yeridilməsi və uzaqmənzilli silahların verilməsinin dayandırılması, rus dilinin və Ukrayna Pravoslav Kilsəsinin hüquqlarının bərpası tələbləri də yer alıb.
Ankaraya səfəri zamanı Zelenski diplomatik şəkildə qeyd edib ki, Ukrayna Trampın “hər bir güclü və ədalətli təklifini” dəstəkləyir, lakin planı rədd edib.
Qeyd edək ki, Kiyevin mövqeyi aydınlaşdıqdan sonra Ukrayna liderinin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü ləğv edilib.
Adəm
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar




































