MDB
"Qiyamət Radiosu" ABŞ-ın sülh planı ilə bağlı bu şifrəli mesajı yaydı
"Qiyamət Radio Stansiyası" kimi tanınan UVB-76 radiostansiyası ABŞ-ın sülh planı xəbərləri fonunda yeni kod sözü yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə “UVB-76 Logi” "Telegram" kanalı məlumat yayıb.
Bu gün saat 12:04-də “kommersant” kodlu söz yayımlanıb. Bu söz daha əvvəl, 3 aprel 2023-cü ildə yayımlanıb.
Qeyd edək ki, bir gün əvvəl mətbuatda Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün yeni plan hazırladığı barədə xəbərlər yer almağa başlayıb. Bildirilir ki, ABŞ tərəfi bu təşəbbüsün hazırlanmasında Rusiya ilə məsləhətləşib.
Xatırladaq ki, "UVB-76" radiostansiyası 1970-ci illərin sonundan qısa dalğada yayımlanır və kodlaşdırılmış mesajların ötürülməsi ilə tanınır. Stansiyanın mənşəyi və məqsədi rəsmi olaraq açıqlanmır.
Adəm
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO



































