MDB
Fidan: Moskva müəyyən şərtlərlə atəşkəsə hazırdır
"Rusiya və Ukrayna hazırda sülh razılaşması üçün əvvəlki dövrlərlə müqayisədə daha əlverişli vəziyyətdədir".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan“Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, dörd il davam edən müharibə tərəflərə həm itkilərin miqyasını, həm də öz imkanlarının sərhədlərini açıq şəkildə göstərib. Bu səbəbdən artıq hər iki ölkə sülh danışıqlarına daha real yanaşır.
Türkiyə XİN başçısı bildirib ki, Moskva müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli razılaşmaya hazır olduğunu nümayiş etdirib:
"Türkiyə isə bu prosesin bir sıra istiqamətlərində vasitəçilik edir və tərəflərlə müntəzəm təmasdadır. Əldə olunacaq razılaşma təkcə Ukraynada müharibənin dayandırılması üçün deyil, həm də Avropa qitəsinin uzunmüddətli təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sənəd Avropaya yönəlik yeni təhdidlərin qarşısını almaq üçün tarixi imkan yaradır”.
-
Avropa14:31Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
































