MDB
Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
Rusiyada diqqət çəkən cinayət hadisəsi baş verib.
Publika.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, tikinti şirkətlərindən birinin sahibi əmək haqqını almağa gələn işçilərə silahla hücum edib. İnsident Volqoqradda baş verib.
"Əvvəlcə mübahisə baş verib, dava sonra atəşlə nəticələnib",- deyə Daxili İşlər Nazirliyinin regional bölməsi bəyan edib.
"Gazeta" yazıb ki, qalmaqallı hadisə Volqoqradın Krasnoarmeyski rayonunda baş verib:
"İki kişi bir neçə günlük işləməyin müqabilində almalı olduqları ödənişi tələb etmək üçün 58 yaşlı biznesmenin tikinti apardığı sahəyə gəlib. Sahibkar pul ödəməkdən imtina edib və mübahisə tez bir zamanda qanlı davaya çevrilib. Əvvəlcə iş adamı işçilərdən birinin başına metal boru ilə vurub. Sonra o, maşınına minərək hər iki kişinin üstündən keçməyə çalışıb. Onlar yoldan kənara atılaraq faciədən qaçmağı bacarıblar. Fəhlələrdən biri özünümüdafiə məqsədilə maşına daş da atıb. Nəticədə avtomobilin ön şüşəsi sınıb. Bu davranış isə işəgötürəni qəzəbləndirib. O, ov tüfəngini götürərək maşından düşüb və işçilərinə bir neçə dəfə atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayıblar. 58 yaşlı iş adamının əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. Silah istifadəsi ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.".
Tural
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












