MDB
Lukaşenko Putini mümkün sui-qəsd təhlükəsi barədə necə xəbərdar edib?
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini mümkün sui-qəsd təhlükəsi barədə necə xəbərdar etdiyini danışıb.
Publika.az BELTA-ya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə jurnalistlərə Rusiya prezidentinin Novqorod vilayətində yerləşən iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatının son "hücum"u ilə bağlı danışarkən məlumat verib.
"Putinlə olan söhbətimizi xatırladım. Yadımda qaldığına görə, bu, Cənubi Afrikada keçiriləcək BRİCS sammitindən əvvəl idi. O, səfərə hazırlaşırdı. Soruşdum: “Hara gedirsən?” O cavab verdi: “Bilmirsən? BRİCS var”.
Dedim: “Sən doğrudan da ora uçmaq fikrindəsən?”
Bu, səmimi, qardaşcasına bir söhbət idi.
Böyük qardaşa deyirmiş kimi: “Ora getmək fikrindəsən?”
O dedi: “Xahiş ediblər, məni orada gözləyirlər”.
Mən dedim: “Nə danışırsan? Müharibə gedir”.
O isə cavab verdi: “Artıq o qədər də aqressiv deyillər, əvvəlki kimi deyil”.
Mən dedim: “Sən həqiqətən düşünürsən ki, orada hamı ağıllı başdadır? Getmək lazım deyil”.
"Sonra ora Lavrov uçdu. Ola bilsin, bu, mənim təzyiqimə görə deyildi, amma öz mövqeyimi ona bildirdim", - deyə Lukaşenko qeyd edib.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












