MDB
Rusiyanın 95 fiziki və 70 hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edildi
Ukrayna Prezidenti Volodimir Zelenski əksəriyyəti Rusiya vətəndaşları və rezidentləri olan 95 fiziki, 70 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Telegram" kanalı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkət və rəhbərlərinə, xüsusilə rabitə, radioelektron mübarizə, mikroelektronika, eləcə də kimya, metallurgiya, mədənçıxarma və yanacaq-energetika sənayesi sahələrində fəaliyyət göstərən qurumlara şamil olunur.
"Bu sanksiyaların məqsədi Rusiyanın hərbi sənaye kompleksinin fəaliyyətini çətinləşdirmək və Ukraynaya qarşı müharibə üçün silah istehsalını məhdudlaşdırmaqdır", – məlumatda deyilir.
Ukrayna, eyni zamanda, tərəfdaşları ilə məhdudiyyətlərin sinxronlaşdırılması üzərində işləyir. Bu məhdudiyyətlərin bir hissəsi Avropa İttifaqının 20-ci sanksiyalar paketinə daxil edilə bilər.
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi






.jpg)








.jpg)
.jpg)


















