MDB
Kadırov əlil olub? - Açılışa əsa ilə gəldi-VİDEO
Çeçenistan lideri Ramzan Kadırovun səhhəti ilə bağlı bir neçə gündür ki, şayiələr dolaşır.
Publika.az xəbər verir ki, bu gün nəhayət Ramzan Kadırovun yeni görüntüləri yayılıb. Videoda Çeçenistan lideri əlində əsa ilə ictimaiyyət qarşısına çıxıb. Məlum görüntüləri Kadırov özürəsmi Teleqram kanalında paylaşıb.
O, Açxoy-Martan rayonunun Novı Şaroy kəndində hafizlik məktəbinin açılışına qatılıb.
"Bu yeni hafizlik məktəbi respublikada on birinci məktəb oldu. O, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırov adına Regional İctimai Fondun vəsaiti ilə tikilib", - deyə o yazıb.
Əslində görüntülərə əsasən, Çeçenistan rəhbərinin əsanı axsaması səbəbindən götürməsini demək çətindir. Amma bəzi Teleqram kanalları artıq Kadırovun əlilliyə doğru getdiyini yazıblar.
Tural
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi






.jpg)








.jpg)
.jpg)


















