MDB
Tokayev İlham Əliyevin fiziki hazırlığından danışdı: Müntəzəm məşq edir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrindən olan həmkarlarının idman hobbiləri haqda danışıb və onları əla fiziki hazırlıqlarına görə tərifləyib.
Publika.az xəbər verir ki, Tokayev bu barədə Qazaxıstanın “Türküstan” qəzetinə verdiyi müsahibədə bildirib.
“Rusiya Prezidenti Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə yaşlı nəslin şərəfini qoruyaraq gənc cüdoçuya qarşı fənd işlətdi. Azərbaycan Prezidenti Əliyev də fiziki cəhətdən güclüdür, müntəzəm və bacarıqla məşq edir. Qırğızıstan Prezidenti Japarov futbol oynayır. Özbəkistan Prezidenti Mirziyoyev yaxşı formadadır və həmçinin idman zalında məşq edir. Ermənistan Baş naziri Paşinyan velosipedçidir. Belarus Prezidenti Lukaşenko isə hələ də xokkey oynayır.
Tacikistan Prezidenti Rahmonun da səhhəti ilə bağlı heç bir şikayəti yoxdur, o, döyüşçü-dənizçi cəsarətinə malikdir. Ona görə də bütün həmkarlarım əla formadadır”, - Tokayev bildirib.
Qazaxıstan rəhbəri səhhəti ilə bağlı heç bir şikayətinin olmadığını qeyd edib: 9 kiloqram arıqlayıb, qan təzyiqini ölçür, hər gün yoqa ilə məşğul olur və həftədə iki dəfə peşəkar oyunçu ilə stolüstü tennis oynayır.
Tural
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi






.jpg)








.jpg)
.jpg)


















