MDB
Lavrovdan Simonyana xəbərdarlıq - Belə seçim təhlükəlidir
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ilə görüşündə İrəvanın Qərblə yaxınlaşmasının fəsadları barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi "Telegram" kanalı məlumat yayıb.
XİN-in məlumatına görə, Lavrov və Simonyan iki ölkə arasındakı aktual məsələlər ətrafında "səmimi və konkret" fikir mübadiləsi aparıblar.
"Ənənəvi müttəfiqlərlə əməkdaşlığın zərərinə olaraq Qərblə yaxınlaşmağın təhlükəsi qarşı tərəfə izah edilib", - Nnazirlik qeyd edib:
Sergey Lavrov bildirib ki, Moskva Ermənistan rəhbərliyindən Rusiya ilə əlaqələrin mövcud səviyyəsini qorumaq istəyi barədə bəyanatlar eşidir. Lakin o əlavə edib ki, Avropa İttifaqından olan həmkarlar bunun tam əksi istiqamətində fəaliyyət göstərir və tərəfləri daimi seçim qarşısında qoyurlar: "Ya bizimlə, ya onlarla".
Rusiya XİN rəhbəri vurğulayıb ki, Ermənistan Rusiya Federasiyasının müttəfiqi və strateji tərəfdaşıdır. Rusiya tərəfi Moskva ilə İrəvan arasında hərbi-siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslərin sürətlə reallaşdırılmasına hazır olduğunu təsdiqləyib.
Hüseuyn İbadlı
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu












.jpg)






.jpg)


















