MDB
Rusiya səfiri Avropanı hədələdi - “Cavab sərt və qətiyyətli olacaq”
Rusiya və Belarus İttifaq dövlətinə qarşı Avropa ölkələri tərəfindən aqressiv addımlar atılacağı təqdirdə sərt və qətiyyətli cavab verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov TASS agentliyinə müsahibəsində bildirib.
Diplomat izah edib ki, Rusiya və Belarus İttifaq dövləti çərçivəsində vahid və hüquqi cəhətdən rəsmiləşdirilmiş müdafiə məkanını təmsil edir. O xatırladıb ki, 2024-cü ildən etibarən Belarus ərazisində Rusiyanın taktiki nüvə silahı yerləşdirilib, son zamanlar isə orada həmçinin Rusiyanın "Oreşnik" raket kompleksləri peyda olub. Onun sözlərinə görə, 2022-ci ildən sonra Moskva və Minsk ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndiriblər və bunu gizlətməyə ehtiyac duymurlar.
Qrızlov vurğulayıb ki, bu cür tədbirlər Rusiya və Belarusun qərb sərhədlərində artan təhdidlərə qarşı zəruri və mütənasib reaksiyadır. O qeyd edib ki, İttifaq dövlətinin hərəkətləri müstəsna olaraq müdafiə xarakteri daşıyır.
Avropa ölkələrinin narahatlığını şərh edən səfir bildirib ki, bunun üçün əsaslar yalnız İttifaq dövlətinə qarşı təcavüzkar hərbi addımlar atılacağı təqdirdə yarana bilər.
Onun sözlərinə görə, belə bir vəziyyətdı cavab sərt və qətiyyətli olacaq. O əlavə edib ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko artıq bu məsələ ilə bağlı fikirlərini aydın şəkildə ifadə ediblər.
Qrızlov qeyd edib ki, bu gün Avropa üçün ən böyük təhlükəni elə Avropanın özü yaradır.
Hüseyn İbadlı
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu


















.jpg)


















