MDB
Moskvanın Reutov şəhərində karantin elan olundu
Rusiyanın Moskva vilayətinin Reutov bölgəsində quduzluqla bağlı karantin tətbiq edilib.
Publika.az xəbər verir ki, bununla bağlı müvafiq fərmanı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov imzalayıb. Karantin yaşayış binalarından birində quduzluq xəstəliyi aşkar edildikdən sonra tətbiq edilib.
Yayılan sənədə əsasən, quduzluq xəstəliyinin ocağı Molodejnaya küçəsindəki 4 nömrəli binanın ərazisi sayılır. Bu ərazidə ciddi rejimli karantin tətbiq edilib. Xəstələrin, heyvanların, eləcə də icazəsiz şəxslərin ora daxil olması qadağan edilib. İstisnalar yalnız binanın sakinləri, dövlət baytarlıq xidməti mütəxəssisləri və epidemiyaya qarşı mübarizədə iştirak edən personal üçündür.
"Gazeta" nəşri yazıb ki, ümumilikdə Reutov şəhəri quduzluğun əsas ocağı elan edilib. Hakimiyyət orqanları karantin tədbirləri tətbiq edir, o cümlədən yarmarkalara, sərgilərə və həssas heyvanların hərəkət istiqaməti və kütləvi toplanma ilə bağlı digər tədbirlərə qadağa qoyub. Bundan əlavə, bu cür heyvanların şəhər xaricinə çıxarılması da məhdudlaşdırılıb. İstisnalar yalnız ixtisaslaşmış kəsim məntəqələrinə göndərilən mallara aiddir. Eləcə də bu, ixrac tarixindən ən geci 179 gün əvvəl quduzluğa qarşı peyvənd edilmiş heyvanlar üçün tətbiq olunur.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu


















.jpg)


















