MDB
Putinin 2024-cü ildə açıqladığı plan reallaşır? - Hədəf postsovet məkanıdır
Rusiya xarici siyasətində postsovet məkanına üstünlük verir, MDB, AİB və KTMT ölkələri ilə birgə layihələr həyata keçirir.
Publika.az xəbər verir ki, bunu BRICS TV kanalına verdiyi müsahibədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz hər bir tərəfdaş ölkə ilə prezidentlər və baş nazirlər arasında razılaşmalara əsaslanaraq ticarət, iqtisadiyyat, investisiya, elmi əməkdaşlıq və beynəlxalq səviyyədə - BMT-də və digər təşkilatlarda birgə fəaliyyət sahələrində konkret planlar hazırlayırıq.
Bu cür gündəlik işlər uzunmüddətli planlar əsasında qurulur və həm Rusiya Federasiyasına, həm də tərəfdaşlarına birbaşa qarşılıqlı fayda gətirir”, - Lavrov deyib.
Rusiya xarici işlər naziri bildirib ki, getdikcə daha çox ölkə Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2024-cü ildə irəli sürülən Avrasiya təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsünə maraq göstərir.
Onun fikrincə, "qitənin bütün ölkələrinin iştirakı ilə təhlükəsizliyin təmin edilməsi ideyasının maddi əsasa, təmələ söykənməsi çox vacibdir".
"Mən həmin Böyük Avrasiya Tərəfdaşlığından danışıram... Onun formalaşması prosesi artıq gedir", - deyə Lavrov qeyd edib.
Xarici işlər naziri əmindir ki, regional və subregional inteqrasiya birlikləri arasında əlaqələr nə qədər güclü olarsa, ortaq təhlükəsizlik modelinin qurulması üçün təməl bir o qədər möhkəm olar.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu


















.jpg)


















