MDB
Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
Rusiya elitası arasında Vladimir Putinə alternativ tapmaq üçün açıq bir tələb var.
Publika.az xəbər verir ki, bu iddianı iqtisadçı Aleksandra Prokopenko Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibdə irəli sürüb.
O, Ukraynanın işğalının bir dönüş nöqtəsi olduğunu bildirib: “Hakim elita əvvəllər Putini rasional, lakin qocalmış avtokrat kimi görürdüsə, indi bu qavrayış sarsılıb: çoxları onun getməsini istəyir.
Üstəlik, dəyişiklik tələbi təkcə müharibə əleyhdarları arasında deyil, həm də prezidenti cəbhədə "yumşaq" olmaqda günahlandıran hərbi bloqçular da daxil olmaqla, müharibə tərəfdarı dairələr arasında da nəzərə çarpır.
Bəzi məmurların qorxu ilə deyil, ümidlə qarşıladığı Yevgeni Priqojinin 2023-cü il üsyanı bu gözləntilərin simvoluna çevrildi”.
Ekspert bildirib ki, qorxudan iflic olan və müstəqillikdən məhrum olan elita "vəziyyəti kökündən dəyişdirə" biləcək xarici qüvvəni gözləyir”
“Qorxu sistemdə əsas amilə çevrilib: əvvəlki ləyaqət və sədaqət artıq təhlükəsizliyi təmin etmir”.
Prokopenkonun sözlərinə görə, Kreml təhrif olunmuş informasiya mühitində qapanıb: prezidentə bəzəkli bir obraz təqdim olunur, iqtisadiyyat isə durğunlaşır, neft gəlirləri azalır və ehtiyatlar tükənir.
Tural
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu


















.jpg)


















