MDB
Rusiya Ermənistandan daha bir məhsulun idxalını dayandırdı - Nə baş verir?
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bikarbonat ionu, xloridlər və sulfatların həddindən artıq səviyyəsi aşkar edildiyi üçün Ermənistandan "Cermuk" mineral sularının idxalını dayandırmaq üçün müvəqqəti sanitar tədbir tətbiq edib.
Publika.az xəbər verir ki, agentliyin rəhbəri Sergey Dankvert bunu "Rossiya 24" kanalında açıqlayıb.
Məlumata görə, məhsulların müalicəvi xüsusiyyətləri barədə yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər. Qeyd olunur ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun gəlmir.
Bundan başqa, "Rosselxoznadzor" Ermənistandan gələn meyvə-tərəvəz təchizatı ilə bağlı problemlər barədə məlumat verib.
Qeyd olunub ki, Rusiya müfəttişləri artıq yerindədir və istixanaları yoxlamağa davam edirlər. Qurum yoxlama başa çatdıqdan sonra əlavə qərarlar qəbul edəcək.
Xatırladaq ki ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Bu tədbirlər yoxlamalar başa çatana və nəticələr təhlil edilənə qədər qüvvədə qalacaq. Agentlik qərarı bazarı karantin məhsullarından qorumaq üçün zəruri hesab edib.
Statistikaya görə, Ermənistanın gül məhsulların 90%-dən çoxu Rusiyaya ixrac olunur. Keçən il Ermənistanın Rusiyaya gül ixracının həcmi təxminən 46 milyon dollar olaraq qiymətləndirilib. (Oxu.az)
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











