MDB
Xəzərdəki faciəyə görə sabiq baş komandan HƏBS EDİLDİ
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı Kanat Niyazbəyov saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “Tengrinews” Ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, məhkəmə Xəzər dənizində təlimlər zamanı 14 hərbçinin ölümü işi üzrə onun həbsinə icazə verib.
“Xəzər dənizində təlimlər zamanı hərbçilərin ölümü faktı üzrə xidmətə səhlənkar yanaşdıqlarına görə Qazaxıstan Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı, 1-ci dərəcəli kapitan saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - DİN-dən bildiriblər.
Niyazbəyov Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən oktyabrın 3-də azad edilmişdi. Onunla birlikdə Qazaxıstanın müdafiə nazirinin iki müavini də vəzifələrindən məhrum edilmişdilər.
Faciə sentyabrın 24-də açıq dənizdə təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib. Havanın pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 hərbçi dənizdə qalıb. Axtarış-xilasetmə əməliyyatı ertəsi gün başa çatıb. Üç hərbçi xilas edilib, 14-ü həlak olub.
Hadisədən sonra Niyazbəyov bəyan etmişdi ki, faciəyə “hava şəraiti və dalğaların güclənməsi” səbəb olub. Belə təlimlər keçirilərkən hava şəraitinin nəzərə alınıb-alınmaması sualına o, belə cavab vermişdi: “Ümumiyyətlə, nəzərə alınır”.
Hərbçilərin xilasetmə jiletlərinin olub-olmadığı sualına cavab olaraq baş komandan deyiv: "Yəqin ki, olub. İndi araşdırırıq".
Sentyabrın 25-də Qazaxıstanın Baş Prokurorluğu istintaqın ilk nəticələri barədə məlumat yayıb. İstintaq səhlənkarlıqda şübhələnən vəzifəli şəxsləri müəyyənləşdirib. Həmin gün bir neçə yüksəkrütbəli hərbçi saxlanılıb.
Hüseyn İbadlı
-
Sosial20:12Sveta Əsədova vəfat etdi - FOTO
-
Nida Xəbər 19:12Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO
-
ABŞ18:50Parkdan 1 milyon dollar dəyərində almaz tapıldı
-
Elm və təhsil18:40Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama























.jpg)










.jpg)

