MDB
Peskovdan Ukrayna ilə bağlı açıqlama: Kiyev ABŞ-ın sülh cəhdlərini pozur
Rusiya ABŞ-ın Ukraynada sülh prosesinə başlamaq istiqamətindəki cəhdlərinin Kiyev rəhbərliyinin mövqeyi səbəbindən nəticəsiz qaldığını iddia edir.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“ABŞ-ın bu fəal cəhdləri hələlik Kiyev rejiminin və şəxsən Zelenskinin sülhə getmək istəməməsi ilə üzləşir”, - Kreml nümayəndəsi vurğulayıb.
Peskovun sözlərinə görə, Ukrayna Rusiyanın neft emalı zavodlarına və enerji sektorunun obyektlərinə hücumları davam etdirir. O, bu addımların ABŞ hakimiyyətinin sülh təşəbbüsləri ilə ciddi ziddiyyət təşkil etdiyini iddia edib.
Rusiya ilə ABŞ arasında sonuncu yanacaq sazişinə Avropa ölkələrinin reaksiyasını da şərh edən Peskov Avropanın mövqeyini “dağıdıcı” adlandırıb. Onun fikrincə, ABŞ prezidenti Donald Trampa qarşı sərt tənqidlər Avropa paytaxtlarında “müharibə tərəfdarları”nın mövcudluğunu göstərir.
Peskov ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Cared Kuşnerin yaxın vaxtlarda Moskvaya mümkün səfəri barədə suala da cavab verib. O bildirib ki, hələlik bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur.
Müəllif: Adəm
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...





































