MDB
Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
Ukrayna prezidenti Vladimir Zelenskini öz yaxın çevrəsindəki şəxslər vəzifəsindən uzaqlaşdırmaq istəyirlər.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod ukraynalı jurnalist Lana Şevçuka müsahibəsində bildirib.
Deputat Zelenskiyə müraciət edərək onun ətrafındakı şəxslərin hakimiyyətdən uzaqlaşdırılması üçün planlar qurduğunu iddia edib.
“Vladimir Aleksandroviç, sizi öz ətrafınızdakı ən yaxın insanlar devirmək istəyirlər. Sizin düşündüyünüz şəxslər yox, məhz sizə çox yaxın olan insanlar. Onlar həqiqətən də sizi dəyişmək istəyirlər”, - deyə Skoroxod xəbərdarlıq edib.
Jurnalistin bunun səbəbi ilə bağlı sualını cavablandıran deputat “himayə altında olmaqdan daha yaxşısı himayədar olmaqdır” ifadəsini işlədib.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Ukraynada prezident seçkiləri həmin ilin martında keçirilməli idi. Lakin ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən seçkilər təyin edilməyib.
Oktyabrın 10-da ABŞ prezidenti Ukraynada rəhbərliyin dəyişdirilməsinə çağırıb. O bildirib ki, ölkəyə Rusiya ilə sülhə nail ola biləcək yeni dövlət başçısı lazımdır. Bir neçə gün sonra isə Zelenski britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində istefa vermək niyyətində olmadığını açıqlayıb.
Müəllif: Adəm
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































