MDB
"Yamal"ın təyyarəsini ildırım vurdu
Rusiyada sərnişin təyyarəsi eniş edərkən həyəcanlı anlar yaşanıb.
Publika.az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir ki, Tümen şəhərindən uçan sərnişin təyyarəsini ildırım vurub.
Hadisə təyyarə Soçi hava limanına eniş edərkən baş verib.
Məlumata görə, "Yamal" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi Adlerdəki hava limanına eniş etmək üçün alçaqdan uçmağa başlayıbmış. Təxminən 400 metr hündürlükdə olarkən ekipaj parlaq işıqlar görüb və güclü gurultu səsi eşidib. Buna baxmayaraq, pilotlar enişi davam etdiriblər və hava gəmisi qısa müddət sonra Soçidə uğurla yerə enib.
Təyyarəyə keçirilən baxış zamanı məlum olub ki, "Airbus"un burun hissəsi ildırım vurması nəticəsində zədələnib. Təyyarənin yalnız boya qatı qopub. Təyyarədə müvəqqəti təmir işləri aparılıb, bundan sonra isə əsaslı təmirə qədər onun uçuşlarına icazə verilib.
Müəllif: Tural
-
MDB12:04"Yamal"ın təyyarəsini ildırım vurdu
-
MDB11:34Donbasa gedən əsas təminat yolu bağlanır? – Strateji körpüyə zərbə endirildi
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İqtisadi gündəm10:4210 ədədi 7 manata satılır – Yumurtanın ən baha və ucuz olduğu ölkələr bilindi
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto










.jpg)
























