Dondurulub, amma artır: Bu ölkədə Rusiya aktivlərinin dəyəri 10 milyarda çatdı
Bizi izləyin

Avropa

Dondurulub, amma artır: Bu ölkədə Rusiya aktivlərinin dəyəri 10 milyarda çatdı

Dondurulub, amma artır: Bu ölkədə Rusiya aktivlərinin dəyəri 10 milyarda çatdı

İsveçrə tərəfindən dondurulmuş Rusiya aktivlərinin dəyəri 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İsveçrə hakimiyyət orqanlarının məlumatına görə, yeni rəqəm 2025-ci ilin aprel ayında qeydə alınan 7,4 milyard franklıq məbləğdən 15% çoxdur. Agentliyin məlumatına görə, artım yeni aktivlərin dondurulması, eləcə də bu aktivlərin bəzilərinin qızıl dəyərinin artması ilə əlaqədardır.

Rusiyanın Ukraynaya hücumundan sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etdilər. Rusiyanın qızıl və valyuta ehtiyatlarını dondurmaqla yanaşı, qadağa Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatları, eləcə də Mərkəzi Bankın adından və ya onun göstərişi ilə fəaliyyət göstərən istənilən hüquqi şəxs, təşkilat və ya qurumla əməliyyatları da əhatə etdi.

Avropa Birliyi və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avroluq aktivlərini dondurub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm