Mistika
Sirli qədim əlyazma şifrə imiş...
Onilliklərdir tədqiqatçıların sirrini aça bilmədiyi, “Voyniç əlyazması” kimi tanınan manuskriptin əslində şifrlənmiş mətn olduğu müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.
Elmi jurnal olan "Cryptologia"da dərc olunmuş bir araşdırmada müəmmalı əlyazmanın müəllifinin istifadə edə biləcəyi şifrələmə üsulu təsvir olunur. Metoda görə, şifrələmə zamanı oyun zəri atılır və kart dəstəsindən təsadüfi bir oyun kartı seçilir. Zərin üzərində düşən rəqəm şifrələnəcək sözün bir və ya iki hərfdən ibarət ardıcıllıqlara bölünməsini müəyyən edir, seçilən kart isə hərflərin əlyazmada istifadə olunan işarələrə çevrilməsi üçün hansı şifrələmə cədvəlinin tətbiq olunacağını göstərir.
Voyniç əlyazması perqament səhifələrdən və keçi dərisindən hazırlanmış cilddən ibarət qədim əlyazma kitabıdır. Radiokarbon analizinin nəticələrinə görə, bu əlyazma XV əsrin əvvəllərində hazırlanıb.
Hüseyn İbadlı
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək







.jpg)






.jpg)


.jpg)






.jpg)









