Avropa Rusiyaya qapıları bağlayır: Bir daha qaz idxal etməyəcəyik
Bizi izləyin

Avropa

Avropa Rusiyaya qapıları bağlayır: Bir daha qaz idxal etməyəcəyik

Avropa Rusiyaya qapıları bağlayır: Bir daha qaz idxal etməyəcəyik

Avropada Ukraynada sülh əldə olunacağı təqdirdə belə, Avropa İttifaqının (Aİ) Rusiya qazından birdəfəlik imtina etmək niyyətində olduğu barədə bəyanatlar səsləndirilməyə davam edir. Buna baxmayaraq, Aİ-nin bəzi ölkələri hələ də Rusiyadan enerji resursları alırlar.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen “Euronews”a müsahibəsində bildirib.

“Bu, məndən asılı olsaydı, biz Rusiyadan bir daha heç bir molekul belə idxal etməzdik. Biz Rusiyaya etibar etmirik”, - deyə Yorgensen qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması barədə razılığa gəlsələr belə, Aİ qanunvericiliyinin tələbləri pozulmayacaq.

Bununla yanaşı, cəmi bir gün əvvəl Norveçin “Equinor” şirkəti Almaniyaya 2044-cü ilədək qaz tədarükünü nəzərdə tutan müqavilə imzalayıb. 18 illik bu müqavilə 1986-cı ildə imzalanmış sazişdən sonra ən uzunmüddətli müqavilə olacaq.

O da qeyd olunub ki, Avropa Komissiyası Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyadan Avropaya qaz tədarükünün bərpa olunması ehtimalını istisna etməyib. “Şimal axını” qaz kəməri layihəsinin yenidən işə salınması da mümkün variantlar sırasında göstərilir.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm