Mistika
Şahzadə Diananın ekstrasensi "OnlyFans"da görün nələr təklif edir... - FOTO
Şahzadə Diana, Uma Turman və Robert De Nironun şəxsi ekstrasensi kimi tanınan 74 yaşl Salli Morqan "OnlyFans" hesabı açıb.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Salli "OnlyFans"da iki növ xidmət təklif edir: ezoterik məsləhətlər və seks-terapiya. Birinci halda medium müraciəti “emal edəcəyini”, o biri dünya qüvvələri ilə əlaqə quracağını və nəticələrlə bağlı müştəriyə fərdiləşdirilmiş videomaterial təqdim edəcəyini vəd edir. Seks-terapiya çərçivəsində isə intim problemlərin həlli ilə bağlı tövsiyələr verəcəyini bildirib.
Ekstrasensin sözlərinə görə, o, "OnlyFans"a keçmək qərarını "Meta" və "TikTok" da daxil olmaqla populyar platformalarda ezoterik məzmunu tam şəkildə monetizasiya etməyin mümkün olmaması ilə əlaqələndirib. Qeyd olunub ki, Sallinin bu platformalarda ümumilikdə bir milyondan çox izləyicisi var.
Salli həmçinin etiraf edib ki, karyerasında yeni mərhələyə başlamaq qərarını 20 kiloqram çəki atdıqdan sonra verib.
Məlumata görə, o, hələ də əyani seanslar keçirir. Lakin əvvəllər ABŞ və Avropada qastrollarda olan medium indi fəaliyyətini Böyük Britaniya ilə məhdudlaşdırıb. O, "OnlyFans" vasitəsilə “itirilən gəliri kompensasiya edəcəyinə” ümid etdiyini bildirib.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi







.jpg)



























