Cənubi Qafqaz
Koçaryanla Sarkisyan Bakıya təhvil verilə bilər? - Yeni konstitusiyada mühüm detal
"Yeni konstitusiya layihəsi Ermənistan vətəndaşlarının Azərbaycana ekstradisiyasına imkan yaradır”.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni vəkil Ovannes Xudoyan çıxış edib.
Onun sözlərinə görə, layihədə vətəndaşlıqdan məhrum etmə ilə bağlı yeniliklər var: "Bu yeni müddəa hakimiyyətə vətəndaşlıqdan məhrum edilməni təzyiq vasitəsinə çevirmək imkanı yaradacaq. İnsanlar mövqelərinə görə həbs edilməkdən çəkinmirlər, buna görə hakimiyyət yeni təzyiq vasitəsi tapıb. Eyni zamanda bu, Ermənistan vətəndaşlarının xarici dövlətlərə ekstradisiyasına qoyulan qadağanı aradan qaldırır".
Xudoyanın iddiasına görə, Azərbaycanın Qarabağda döyüşmüş və müxtəlif qanunsuzluqlar törətmiş şəxsləri tələb etmək istəyi bu müddəa ilə təmin edilə bilər:
"Qarabağda döyüşmüş, yaxud orada Bakının əleyhinə fəaliyyət göstərmiş istənilən şəxs vətəndaşlıqdan məhrum edildikdə Azərbaycana esktradisiya oluna bilər. İlk baxışda bu, mümkünsüz görünür, lakin praktikada reallaşdırılması ehtimalı var".
Erməni vəkilin iddiası mübahisəlidir. Lakin bu iddia Xocalı qatillərini – Robert Koçaryan, Serj Sarkisyan və digərlərinin Azərbaycana ekstradisiya edilməsi ehtimallarına diqqət çəkir. İddia edildiyi kimi, yeni konstitusiya layihəsində vətəndaşlıqdan məhrumetmə esktradisiyaya da yol açarsa, gələcəkdə Qarabağda cinayətlər törətmiş şəxslərin birbaşa ədalət qarşısına çıxarılması da mümkün ola bilər.
Müəllif: Asif
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir





































