Mistika
Moskvada şeytanpərəst məclis dağıdıldı - Keçi kəllələri, tərs çevrilmiş xaçlar...
Hüquq-mühafizə orqanları Moskvadakı "Eclipse" gecə klubunda satanist simvolların istifadə olunduğu məclisin qarşısını alıblar.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Məlumata görə, polis tədbirin 10 iştirakçısını və təşkilatçısını saxlayıb.
Qeyd olunub ki, klubun interyeri pentaqramlar, tərs çevrilmiş xaçlar, keçi kəllələri və digər qadağan olunmuş simvollarla "bəzədilib". Hazırda məclisin təşkilinin bütün təfərrüatları araşdırılır.
Analoji hadisə noyabrın 3-də Sankt-Peterburqda da baş verib. Yerli məhkəmə "Nekrokomikkon" festivalına satanist simvollarla gələn Artem Repin adlı şəxsə 12 sutka inzibati həbs cəzası verib. O, noyabrın 1-də festivalın keçirilməli olduğu meydanın girişində saxlanılıb. Saxlanılan zaman Repin keşiş kostyumunda olub, əlində isə üzərində pentaqram və Bafomet demonunun təsviri olan qədəh, həmçinin "Satanist ritualları" yazılmış kitab tutub.
Hüseyn İbadlı
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir






.png)











_(1).jpg)



















