İŞİD-in lideri məhv edildi
Bizi izləyin

Yaxın Şərq

İŞİD-in lideri məhv edildi

Yəməndə xüsusi təyinatlı dəstə şənbə günü əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının yerli başçılarından birini öldürüb, həmçinin üç döyüşçünü tutub.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə yerli güc strukturlarındakı mənbə bildirib.

“İŞİD-in Aden-Abyan vilayəti üzrə əmiri Saleh Naser əl-Baxşi terrorizmlə mübarizə üzrə güclərin əməliyyatının gedişatında şənbə günü səhər saatlarında məhv edilib. O, qruplaşmanın başqa döyüşçüləri ilə Ədənin şimali-şərqində gizlənirdi”, - mənbə deyib.

Onun sözlərinə görə, əl-Baxşi təslim olmaqdan imtina edib və atışmada öldürülüb. Bir hərbçi toqquşmanın qurbanı olub, daha iki nəfər yaralanıb.

Qeyd edək ki, son illərdə İŞİD terrorçuları Yəməndə öz aktivliyini artırıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm