Bu açıqlama ilə yer-yerindən oynayacaq – SAATLAR QALDI
Bizi izləyin

Yaxın Şərq

Bu açıqlama ilə yer-yerindən oynayacaq – SAATLAR QALDI

İsrailin baş naziri Benyamin Netanyahu bu axşam İranla nüvə razılaşmasına dair önəmli bir məlumatı açıqlayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda İsrailin “Kanal 10” telekanalından Barak Ravid bildirib.

Onun sözlərinə görə, Benyamin Netanyahu İranın nüvə sazişini pozub yalan söylədiyinə və nüvə proqramınını davam etdirdiyinə dair yeni kəşfiyyat məlumatlarını açıqlayacaq. Xəbərdə Netanyahunun aprelin 29-da ABŞ-ın dövlət katibi, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Pompeonu qəbul etməsinə diqqət çəkilib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla 2015-ci ildə imzalanan nüvə razılaşmasının yenidən hazırlanmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, əks halda ölkəsi razılaşmadan çəkiləcək. ABŞ prezidenti Donald Tramp sazişi “ölkə tarixinin ən pis razılaşması” adlandırıb. O, Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin nəticəsinə görə 12 may tarixindən gec olmayaraq İranın nüvə proqramı üzrə sazişdə qalıb-qalmayacağı barədə qərarını elan edəcək.

Ötən həftə isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ prezidenti İranın nüvə sazişi üzrə hədsiz tələblər irəli sürür.

“Cənab Tramp öhdəlikləri pozur. Bundan başqa, öz öhdəliklərinə qayıtmaq istəmir və hədsiz tələblər irəli sürür. Bu tələblər Tehran üçün qəbuledilməzdir”, - o deyib.

Bu gün isə İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ABŞ Prezidenti Donald Trampın nüvə sazişindən imtina edilməsi ilə bağlı xəbərdarlıq xarakterli çıxışlarına münasibət bildirib. O qeyd edib ki, İran hazırda 2015-ci ildə anlaşma imzalandığı dövrdən daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq hazırdır. Salehi Trampın özünə gəlməli olduğunu bildirib və nüvə sazişindən imtina edilməməsi barədə çağırış edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm