Yaxın Şərq
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
Avstraliya hökuməti Qərbi Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison bildirib.
Morrison bununla yanaşı qeyd edib ki, Avstraliyanın bu ölkədəki səfirliyi hələlik Tel-Əvivdən köçürülməyəcək. Baş nazir həmçinin vurğulayıb ki, Qərbi Qüdsün İsrailin paytaxtı kimi tanınması Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınması imkanı yaradacaq və bu, Avstraliyanın Yaxın Şərqsiyasətində sülh müqaviləsi nəticəsində iki dövlətin yaradılması üçün mühüm addım olacaq.
O, Avstraliyanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsindən imtina edilməsini yüksək xərclərlə izah edib. Bu, ilkin hesablamalara görə, təxminən 144 milyon ABŞ dolları təşkil edə bilər.
Qərbi Qüdsdə Avstraliyanın əlavə konsulluğunun, ticarət və müdafiə məsələləri üzrə xüsusi bürosunun açılması nəzərdə tutulur.
Qeyd edək ki, mübahisəli ərazi səbəbindən Fələstin İsraili tanımaqdan imtina edib və onunla təhlükəsizlik sahəsində əldə olunmuş bütün əməkdaşlıqları dayandırıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi